Kilsədə şok: 3 mindən çox uşaq istismar olunub

11-11-2020, 11:01           
Kilsədə şok: 3 mindən çox uşaq istismar olunub
İngitlərə və Uelsdə Katolik kilsəsi ilə əlaqəli 3 mindən çox uşağın istismar olunduğu müəyyənləşib.

Yenisabah.az xəbər verir ki, bu barədə Uşaqların Cinsi İstismarının Müstəqil Araşdırılması hesabatında qeyd olunub.

Hesabatda təkcə 1970-2015-ci illər arasında 1 750-dən çox uşağın istismar edildiyi və bu barədə şikayətlərin olduğu diqqətə çatdırılıb. 2016-cı ildən bəri isə hər il 100-dən çox istismarın olduğu vurğulanıb.

İngiltərə və Uels Katolik Kilsəsinin lideri Kardinal Vincent Nikols ictimaiyyətə təqdim olunan hesabat və kilsəyə gələn tənqidlər səbəbilə çox üzüldüyünü, bu səbəblə bazar günü istefa etməyi təklif etdiyini, lakin Vatikan tərəfindən bu təklifin rədd edildiyini bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.