Rusiya helikopterləri Qarabağda sülhməramlı əməliyyatlarda istifadə ediləcək

12-11-2020, 09:15           
Rusiya helikopterləri Qarabağda sülhməramlı əməliyyatlarda istifadə ediləcək
Rusiya Hərbi Hava Qüvvələrinə məxsus Mi-8 və Mi-4 helikopterləri Qarabağdakı münaqişə zonasında hərbi əməliyyatların dayandırılmasına nəzarət edəcək.

TASS xəbər verir ki, bununla bağlı Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Helikopterlər Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəs və hərbi əməliyyatlara nəzarət bölgələrinin hava monitorinqini həyata keçirmək üçün sülhməramlı əməliyyatlara cəlb ediləcəklər”, - məlumatda bildirilib.

Müdafiə Nazirliyindən qeyd edilib ki, helikopterlər maddi-texniki avadanlıqların və sülhməramlı kontingentin şəxsi heyətinin çətin relyefi olan ərazilərə çatdırılmasında da iştirak edəcək.

Xatırladaq ki, noyabrın 10-da Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya dövlət başçısı Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan birgə bəyanat imzalayıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru