ABŞ-da türklərə hücum edən erməni həbs olundu - VİDEO

13-11-2020, 09:20           
ABŞ-da türklərə hücum edən erməni həbs olundu - VİDEO
ABŞ-ın Los-Anceles şəhərində yerləşən “Cafe İstanbul” restoranına hücum edən şəxs saxlanılıb.

Nbclosangeles.com xəbər verir ki, Beverli Hills polisi 22 yaşlı Vilyam Stepanyanı Qlandeyldə yaxalayıb.

Polisdən verilən məlumata görə, o, nifrət cinayəti, soyğunçuluq və quldurluqda şübhəsi ilə tutulub.

Bildirilib ki, o, noyabrın 16-da hakim qarşısına çıxarılacaq.

Qeyd edək ki, hücum noyabrın 5-də həyata keçirilib.oxu.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.