Belarusun ən populyar idman saytı olan "Tribuna.com"-un müxbiri Aleksandr İvulin həbs edilib.
Offsideplus.az xəbər verir ki, Belarusda keçirilən prezident seçkilərinin nəticəsinə etriaz olaraq minlərlə vətəndan küçəyə çıxaraq kütləvi nümayişlərə başlayıblar.Etirazçılar arasında jurnalistlər də aktiv şəkildə etiraz edir.
Aleksandr İvulin ötən gün öz rəsmi saytında idmançı Mariya Şakuronun həbsinə etiraz bildirib.Bundan sonra polislər onun yaşadığı mənzilə hücum ediblər.Jurnalisti həbs edərək bölməyə aparıblar.
Xarırladaq ki, seçkilərdən sonra başlayan etiraz dalğası ölkənin 15-dən çox bölgəsində aktiv şəkildə davam edir