Moskvada bir gündə virusdan ölənlərin sayı yenidən 70 nəfəri ötdü
16-11-2020, 00:09
Moskvada son sutka ərzində koronavirusdan 72 nəfər dünyasını dəyişib. "Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə paytaxtda yaradılmış Operativ Qərargah məlumat yayıb.
Bildirilir ki, yeni növ virusdan ölənlərin sayı 7 859 nəfərə çatıb.
Qeyd edək ki, Moskvada indiyədək ümumilikdə 510 214 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 367 613 nəfər müalicə olunaraq sağalıb.