Artsrun Hovannisyana hücum edildi

17-11-2020, 18:16           
Artsrun Hovannisyana hücum edildi
Noyabrın 9-dan etibarən ünvanıma müxtəlif təhdidlər almışam, lakin əhəmiyyət verməmişəm”.

Teref.az-ın xəbərinə görə, bu barədə Ermənistan Müdafiə Nazirliyinin (MN) sabiq nümayəndəsi Artsrun Hovannisyan özünün “Facebook” hesabında yazıb.

A. Hovhannisyan ona edilən təhdidlərlə bağlı hüquq-mühafizə orqanlarına məlumat verməkdən imtina etdiyini bildirib.

O, dünən gecə iki nəfərin hücumuna məruz qaldığını da qeyd edib: “Xoşbəxtlikdən özümü müdafiə edə bildim. Mən heç kimdən qorxmuram və heç kimi düşmən hesab etmirəm”.

Ermənistan MN-in sabiq nümayəndəsi vurğulayıb ki, lakin ölüm təhdidləri bu gün də davam etdiyi üçün polisə müraciət etmək məcburiyyətindədir.APA












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.