Azərbaycanda Təhsil Şöbəsinin müdiri dünyasını dəyişdi
19-11-2020, 17:48
Göyçay rayon Təhsil Şöbəsinin müdiri dünyasını dəyişib.
Teref.az-in oxu.az-a istinadən məlumatına görə, şöbə müdiri İsmayılov Elnur Siracəddin oğlunun işdə qəfildən halı pisləşib. O, xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb.
İlkin məlumata görə, E.İsmayılov ürək tutmasından dünyasını dəyişib.