Bakıda müğənninin qızı ilə eşq yaşayan biznesmenin DƏHŞƏTLİ ÖLÜMÜ - FOTO

19-11-2020, 20:30           
Bakıda müğənninin qızı ilə eşq yaşayan biznesmenin DƏHŞƏTLİ ÖLÜMÜ - FOTO
Bakının Nəsimi rayonunda 36 yaşlı şəxsin özünü "AA" serialı maşının yanında güllələyərək öldürməsi barədə məlumat vermişdik.

Mediapost-un məlumatına görə intihar edən şəxs Ramin Alməmməd oğlu Əliyev evli olduğu halda məşhur ifaçılardan birinin qızı ilə gizli sevgi münasibəti yaşayırmış. Onun sevgilisinə məşhur yaşayış komplekslərinin birindən ev aldığı da deyilir.

İddialara görə, intihar edən şəxsin sahib olduğu "Kəlam MTK" tikinti şirkəti ona qayınatası tərəfindən hədiyyə edilib. Bu münasibətdən xəbər tutan R. Əliyevin qayınatası onun əlindən bütün var-dövlətini, həmçinin sevgilisinə verdiyi evi də alıb.

Qonşuların verdiyi məlumata görə isə R.Əliyev intihar etdiyi binanın 12-ci mərtəbəsində məşuqu ilə birlikdə yaşamaq üçün ev tutub. Həyat yoldaşı və anasının onu sevgilisi ilə birlikdə həmin evdə tutmasından sonra həyətə düşərək intihar etdiyi iddia edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru