İranda qanunsuz yanacaq daşıyan gəmi və ekipaj üzvləri saxlanıldı

21-11-2020, 09:30           
İranda qanunsuz yanacaq daşıyan gəmi və ekipaj üzvləri saxlanıldı
İran İslam İnqilabı Keşikçiləri Korpusu İran körfəzində( Bəsrə) 300 min litr maye yanacağın qaçaqmalçılıq yolu ilə qanunsuz daşınmasının qarşısını alıblar.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Fars Xəbər Agentliyi məlumat yayıb.

Nəşrin bildirdiyinə görə, əməliyyat nəticəsində Panama dövlətinin bayrağı altında üzən gəmi ələ keçirilib. Gəmidəki 10 nəfər ekipaj üzvü isə nəzarətə götürülüb.

Saxlanılan ekipaj üzvlərinin hansı ölkənin vətəndaşları olması barədə məlumat verilməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru