Koronavirus pandemiyası səbəbindən İspaniyada xəstələr iki ay gec əməliyyat olunacaq

22-11-2020, 02:52           
Koronavirus pandemiyası səbəbindən İspaniyada xəstələr iki ay gec əməliyyat olunacaq
İspaniyada əməliyyatı gözləmə müddəti hazırda orta hesabla 170 gün təşkil edir.

KONKRET.az xəbər verir ki, bu 2019-cu il ilə müqayisədə 55 gün çoxdur. Əsas səbəb kimi koronavirus pandemiyasının səhiyyə sistemində yaratdığı böhran göstərilir. Bu barədə İspaniya Səhiyyə Nazirliyinin cümə günü 2020-ci ilin birinci yarısına dair dərc etdiyi hesabatda bildirilir.

Bu gün İspaniyada 691 min 508 nəfər xəstə əməliyyat olunmaq üçün növbə gözləyir. Bu 2019-cu ilin iyun ayından 20 min 14 nəfər çoxdur. Növbədə duran xəstələrin sayına görə, birinci yerdə travmatologiya (180 min 706 nəfər), ikinci yerdə oftalmologiya (140 min 587 nəfər), üçüncü yerdə ümumi cərrahiyyə (126 min 682 nəfər) şöbələri qərarlaşıb. Növbələrin artımı bütün istiqamətlərdə müşahidə olunur.

Qeyd edək ki, hazırda ən çox növbə gözləyən xəstələr Kastiliya-La Mança, daha sonra isə, Kataloniya, Andaluziya və Araqon regionlarının payına düşür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru