Gürcüstan MSK-nın saytında problemlər yaranıb

22-11-2020, 03:59           
Gürcüstan MSK-nın saytında problemlər yaranıb
Gürcüstanın Mərkəzi Seçki Komissiyasının saytında problemlər yaranıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə MSK-dan bildiriblər.

Məlumata əsasən, yaranmış problemlərlə əlaqədar parlament seçkilərinin ikinci turunun nəticələri alternativ formada dərc edilir:

"Seçki nəticələrinin results.cec.gov.ge saytına yüklənməsi zamanı səbəbləri araşdırılan texniki/proqram xətası qeydə alınıb. Kənardan müdaxilə edilmiş ola bilər".

Qeyd edək ki, ötən gün Gürcüstanda parlament seçkilərinin ikinci turu keçirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru