Azərbaycanda son sutkada 2187 nəfər COVID-19-a yoluxub, 634 nəfər sağalıb, 29 nəfər vəfat edib
23-11-2020, 18:40
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2187 yeni yoluxma faktı qeydə alınıb, 634 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib.