Erməni ziyalıları çağırış etdi: Azadlıq meydanına toplaşın!

29-11-2020, 02:06           
Erməni ziyalıları çağırış etdi: Azadlıq meydanına toplaşın!
Erməni rejissor Mqer Mkrtçyan, prodüser Armen Qriqoryan və aktyor Qrant Toxatyan xalqa Qarabağ savaşında itkin düşən və əsir götürülənlərlə bağlı müraciət edib.

Axar.az xəbər verir ki, onlar Ermənistanda itkin düşənlərin və əsir götürülənlərin geri qaytarılması, ölən əsgərlərin dəfn edilməsi ilə əlaqəli səlahiyyətli dövlət orqanının olmadığını bildiriblər.

Erməni ziyalıları müraciətdə hər dəqiqənin öz hökmü olduğunu bildirərək, erməni xalqını ölənlərin yaxınlarına dəstək olmaq üçün 29 noyabr 12:00-da Azadlıq meydanına toplaşmağa çağırıblar. Oradan Rusiyanın İrəvandakı səfirliyinə yürüş nəzərdə tutulur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru