Ermənistanın Səhiyyə Nazirliyinin baş virusoloqu Polşaya qaçdı

23-01-2021, 00:01           
Ermənistanın Səhiyyə Nazirliyinin baş virusoloqu Polşaya qaçdı
Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Mərkəzinin Yoluxucu Xəstəliklərin Profilaktikası şöbəsinin rəhbəri Liana Torosyan ölkədən qaçıb.

Məlumata görə, Torosyan əvvəlcə məzuniyyət haqqında ərizə yazaraq, Polşaya gedib və bildirib ki, daha qayıtmayacaq. Onun gedişi çoxları üçün gözlənilməz olub, amma mərkəzdəki mənbələr bildirib ki, koronavirusla bağlı bəzi məsələlərdə maliyyə vəsaitlərindən sui-istifadə halları aşkarlanıb. Torosyan buna görə belə addım atıb.

Qeyd edək ki, Ermənistanda yoluxucu xəstəliklər üzrə bütün məlumatları məhz Torosyan təqdim edirdi və COVID-19 və onun profilaktikası, yayılma vəziyyəti haqqında vətəndaşları məlumatlandırırdı.\report.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru