Misir Hava Yollarının yeni rəhbəri müsahibə zamanı öldü - FOTO

28-01-2021, 07:56           
Misir Hava Yollarının yeni rəhbəri müsahibə zamanı öldü - FOTO
Misirin “EgyptAir” milli hava yolları şirkətinin rəhbəri Abu Taləb Tofiq öz kabinetində televiziya aparıcısı Ayya Əbdül Rəhman ilə müsahibə zamanı qəfil vəfat edib.

KONKRET.az xəbər verir ki, bu barədə “Middle East Monitor” nəşri məlumat yayıb.

Teleaparıcının sözlərinə görə, şirkət rəhbərinin ölümünə səbəb ürək tutması olub.

“Baş direktor öz kabinetində ondan müsahibə almağımızı xahiş etdi. Onunla Qahirə hava limanındakı iş otağında xeyli söhbət etdikdən sonra qəfil yerə yıxıldı. Bu mənim həyatımda ən çətin müsahibə idi. Həyatın dəyərini bilin, hər an onu itirə bilərsiniz”, – deyə xanım aparıcı bildirib.

Qeyd edək ki, 55 yaşlı Abu Taləb Tofiq bir gün öncə “EgyptAir” şirkətinin direktorlar şurasının sədri təyin olunmuşdu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru