Vətəndaş bütün polis təşkilatını belə aldadır - Bakıda bu da oldu

28-01-2021, 09:57           
Vətəndaş bütün polis təşkilatını belə aldadır - Bakıda bu da oldu
Bakıda bir nəfər intihar edəcəyi barədə polisə məlumat verib.

Lent.az-ın əldə etdiyi məlumata görə, polisə intiharla bağlı informasiya daxil olduqdan sonra 10 dəqiqə ərzində həmin şəxsin yaşayış yerini sosial şəbəkədəki profili vasitəsilə öyrənilib. Dərhal polis əməkdaşları hadisəyə müdaxilə etmək üçün müraciət edən şəxsin evinə gedib. Ancaq intihar edəcəyi barədə məlumat verən şəxs bunu zarafatla etdiyini, əslində belə bir fikirdə olmadığını bildirib.

Vətəndaşla etdiyi məsuliyyətsizliyə görə, profilaktiki söhbət aparılıb və ona xəbərdarlıq edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru