ATU-dan şikayətə mövqe bildirdilər - MÖVQE

29-01-2021, 11:45           
ATU-dan şikayətə mövqe bildirdilər - MÖVQE
Teref.az saytında 23-01-2021il tarixində dərc etdiyimiz "ATU-nun əməkdaşı dövlt rəhbərliyinə müraciət etdi: "Akif Süleymanovun rektorluğu dönəmində kollektiv darmadağın edilib,"" adlı məqaləmizə ATU-dan mövqe bildiriblər. Universitetin mövqeyini təqdim edirik:
Saytınızda yayımlanan məlumatla bağlı Azərbaycan Texnologiya Universiteti olaraq bildiririk ki, Şirinova Aygün Rafiq qızı ilə bağlanmış əmək müqaviləsinin müddəti başa çatdığından 29.12.2019-cu il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “b” bəndinə əsasən xitam verilib. Əmək Qanunvericiliyi və “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunun tələbləri pozulmayıb. Belə ki, A.Şirinova qeyd olunanlarla əlaqədar aidiyyatı instansiyalara müraciət edib və müraciəti araşdırılaraq barəsində qanuna müvafiq qərar verildiyi öz təsdiqini tapıb.

Şirinovanın digər ittihamlarına gəlincə, qeyd edilənlər tam əsassız və yalandır. Ö özünün ali təhsilli , 15 il iş təcrübəsi olan ziyalı biri olduğunu qeyd edir. Savadlı bir şəxsin isə diktəylə ərizə yazması absurd səslənir. Əgər A. Şirinovanın hər hansı ittihama dair əsası varsa aidiyyatı dövlət orqanlarına müraciət etmək hüququ var.
Azərbaycan Texnologiya Universitetinin
Mətbuat xidməti
Teref.az olaraq qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.