Hərbçi oğullarını görməyə tələsən valideynlər boğularaq öldülər

29-01-2021, 19:54           
Hərbçi oğullarını görməyə tələsən valideynlər boğularaq öldülər
Hərbi xidmətdə olan oğullarının yanına getmək üçün hazırlıq görən ər və arvad dəm qazından boğularaq vəfat ediblər.

Qusar rayonunun Qayakənd yaşayış məntəqəsində faciə baş verib.

Qayakənd sakinləri olan ər və arvad dəm qazından boğularaq dünyadan köçüblər. Hadisə yanvarın 28-dən 29-na keçən gecə baş verib.

Qayakənd sakini, 53 yaşlı Nail Hacıbala oğlu Məmmədov və həyat yoldaşı, 44 yaşlı Kəmalə Şıxnəbi qızı Məmmədova yaşadıqları evin hamamında çimərkən dəm qazından boğulublar.

Ər-arvadın cansız bədənlərini axşam saatlarında işlədiyi mağazadan evə gələn qızları Elvina Məmmədova görüb və tez qohumlarına və polisə məlumat verib.

Hadisə yerində işləyən hüquq-mühafizə orqanlarının əməkdaşları ər-arvadın dəm qazından boğularaq öldükləri qənaətinə gəliblər.

Qeyd edək ki, Məmmədovlar hərbi xidmətdə olan oğullarının yanına getmək üçün hazırlıq görürlərmiş. Bu gün oğullarının yanına gedəcəklərmiş. \modern.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru