Əflatun Amaşovdan Baş Prokurorluğa çağırılması ilə bağlı yayılan xəbərə REAKSİYA

30-01-2021, 17:25           
Əflatun Amaşovdan Baş Prokurorluğa çağırılması ilə bağlı yayılan xəbərə REAKSİYA
“Məsələdən xəbərdar idim. İstədim fikir verməyim. Həm də gözlədim ki, axşam olsun, reaksiyalara baxım, özüm üçün müəyyən nəticə çıxarım. Görünür, kimlərsə xəbərə baxıb şübhədə qalıblar. Ona görə münasibət bildirirəm".

Yeniavaz.com xəbər verir ki, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov Baş Prokurorluğa çağırılıb jurnalistlərə mənzil bölgüsü ilə bağlı dindirilməsi ilə bağlı yayılan xəbərə münasibət bildirərkən deyib.

"Nə üçün ortaya atılıb, kimlərin marağına uyğundur? Guya mən Baş Prokurorluğa çağırılıb jurnalistlərə mənzil bölgüsü ilə bağlı dindirilmişəm. Bəyan edirəm ki, belə bir hadisə baş verməyib. Bu, uydurmadır, ağ yalandır. Başqa nə deyə bilərəm ki...", - deyə Mətbuat Şurasının sədri qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru