Suriyada terror aktları

31-01-2021, 19:16           
Suriyada terror aktları
Suriyanın Əl-Bab və Aazaz şəhərlərində partlayışlar törədilib.

“Anadolu” agentliyinin məlumatına görə, partlayışlar zamanı 10 nəfər həlak olub, daha 24 nəfər yaralanıb.

İlk partlayış Aazaz şəhərində törədilib. Partlayıcı qurğu müvəqqəti hökumət binasının və mədəniyyət mərkəzinin qarşısında dayanmış avtomobilə quraşdırılıb. Partlayış nəticəsində 4 nəfər həlak olub, daha 20 nəfər yaralanıb.

Bir qədər sonra Əl-Bab şəhərindən 5 kilometr şərqdə yerləşən Zerzur ərazisində nəzarət-buraxılış məntəqəsində ikinci partlayış törədilib. Hadisə zamanı 6 nəfər həlak olub, 4 nəfər yaralanıb.

Qeyd edilir ki, ölənlərin sayı arta bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru