Adamı döyəndə Forbes-un siyahısında olub-olmadığına baxmırlar

1-02-2021, 02:22           
Adamı döyəndə Forbes-un siyahısında olub-olmadığına baxmırlar
Forbes-un siyahısına düşən gənc biznesmeni Moskvada möhkəm döyüblər. Xəsarət alan biznesmen əvvəl xəstəxanaya, sonra isə bölməyə gedib
Moskvada naməlum şəxs 2020-ci ildə Forbsun perspektivli gənc insanların reytinqinə daxil etdiyi biznesmen Andrey Qarajanı döyüb.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən bildirir ki, biznesmenə şəhərin mərkəzindəki restoranda hücum ediblər. Xəsarət alan Qaraja öncə xəstəxanaya, sonra polisə müraciət edib. Faktla bağlı araşdırma başlayıb.

2020-ci ildə Qaraja Forbes-un "30-dək 30" reytinqində sahibkarlar kateqoriyasında yer ala bilmişdi. Bu siyahıya 30 yaşdan aşağı 30 ən perspektivli rusiyalı gənc daxil edilir. O, ağır xərçəng xəstəliklərinin diaqnostikası və müalicəsi üçün fərdiləşdirilmiş metodları işləyib hazırlayan Oncobox şirkətini yaradaraq ona rəhbərlik edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru