Brüsseldə silahlı hücum olub – Xəsarət alanlar var 2-02-2021, 00:13 Brüsseldə metrostansiyada naməlum kişi bıçaqla sərnişinlərə hücum edib.Bu barədə RTBF telekanalı polisə istinadən məlumat yayıb.Məlumata görə, hadisə Molenbek kommunasında qeydə alınıb. Hücum zamanı 5 nəfər xəsarət alıb.Xəsarət alanlardan birinin boğazı kəsilib. Silahlı şəxs polis tərəfindən saxlanılıb.Polisdə bildirilib ki, insident terrorla əlaqədar deyil. (report) Facebook-da paylaş