Əli baltalı kişi ticarət mərkəzinə girərək, müəssisəni yandırdı – ANBAAN VİDEO

3-02-2021, 08:24           
Əli baltalı kişi ticarət mərkəzinə girərək, müəssisəni yandırdı – ANBAAN VİDEO
Ukraynanın Nikolayev vilayətində bir kişi ticarət kompleksini yandırıb.

“Xarkov Life” “Telegram” kanalı bununla bağlı kadrları yayımlayıb.

Məlumata görə, Pervomaysk şəhərində əlində bıçaq və balta olan 37 yaşlı kişi “Episentr” ticarət kompleksinə girib. O, birbaşa boya şöbəsinə gedərək, tezalışan mayeləri dağıtmağa başlayıb. Mühafizəçi mane olmaq istəsə də, kişi balta ilə onu vurub.



Bu arada müəssisə alovlara bürünüb.

Məlumata görə, artıq yanğın söndürülüb, ziyarətçilər və işçilər arasında zərərçəkən olmayıb. Kişi saxlanılıb.teleqraf













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru