Rusiyaya gedən ermənilər ac qalıb geri döndülər

4-02-2021, 08:45           
Rusiyaya gedən ermənilər ac qalıb geri döndülər
Ermənistanın Rusiyaya gedən bəzi vətəndaşları geri qaytarılıb.

Teref.az xəbər verir ki, bu barədə “Tert.am” məlumat yayıb. Bildirilir ki, Ermənistandakı COVID-19 testlərinin aparılmasında baş verən qanunsuzluqlarla bağlıdır.

"Moskvaya birinci reyslə yola düşdük, buraxılış məntəqəsində irəli getməyi qadağan etdilər, bildirildi ki, bizim COVID-19 testimiz qanunsuzdur, nəticədə bizi deportasiya etdilər. Soruşdum nə olub, cavab verdilər ki, mən Rusiya Federasiyasının sərhədini qanunsuz sənədlə keçməyə hazırlaşırdım. Bizi üç gün ac saxladılar, yalnız su içirdik", - Ermənistana deportasiya edilmiş vətəndaşlardan biri bildirib.

Rusiyaya deportasiya edilən Ermənistan vətəndaşı qeyd edib ki, onlar göndəriş məsələsini həll etməyi, həmçinin biletlərə xərclənmiş pulun geri qaytarılmasını tələb edirlər. /Publika.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru