Ağdamda partlayış: hərbçilərimiz arasında ölən və yaralılar var

5-02-2021, 00:00           
Ağdamda partlayış: hərbçilərimiz arasında ölən və yaralılar var
Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir. Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Bu gün günorta saatlarında Ağdam rayonu ərazisində partlayış baş verib. Hadisə nəticəsində əsgər Zeynalov Qubad İslam oğlu həlak olub.

Sputnik Azərbaycan bildirir ki, xəbəri Azərbaycan Müdafiə Nazirliyi yayıb.
Digər iki hərbi qulluqçumuz - Babayev Nemət Novruz oğlu və Məlikməmmədov Balaqardaş Mübariz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hazırda yaralılar həkim nəzarətindədir, həyatları üçün təhlükə yoxdur.
Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir!












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru