"Ötən il 89 milyon artıq və əsassız ödənişlər aşkarlanıb" - Samir Şərifov

5-02-2021, 22:33           
"Ötən il 89 milyon artıq və əsassız ödənişlər aşkarlanıb" - Samir Şərifov
Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən büdcə təşkilatlarında aparılan yoxlamalarda ümumilikdə 89 milyon 240 min manat məbləğində artıq və əsassız ödənişlər aşkarlanıb.

Pravda.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin kollegiya iclasında bildirilib.

Qeyd olunub ki, həmin məbləğdən 37 milyon 535 min manatı yoxlamaların gedişində təqsirkar şəxslər tərəfindən bərpası təmin edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.