Şuşada əsir götürülən Maral Nacaryan Livana qayıtdı - AÇIQLAMA

11-03-2021, 09:36           
Şuşada əsir götürülən Maral Nacaryan Livana qayıtdı - AÇIQLAMA
Dağlıq Qarabağda döyüşlərə qatılan erməni əsilli Livan vətəndaşı Maral Nacaryan əsirlikdən azad edilib.
Azvision.az xəbər verir ki, bu barədə erməni deputat Naira Zöhrabyan “Facebook” hesabında yazıb.

O qeyd edib ki, Nacaryan indilərdə Beyrutdakı evinə çatıb.
"Mediaport" telegram kanalı isə erməni qadının geri qaytarılmasında Rusiya Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matvienkonun səylərini vurğulayıb.

Qeyd edək ki, Livan vətəndaşı olan snayper Maral Nacaryan müharibə dövründə Azərbaycana qarşı vuruşmaq üçün həyat yoldaşı ilə birlikdə Qarabağa gəlib. Onun sonuncu dəfə Şuşa döyüşlərində iştirak etdiyi, daha sonra əsir düşdüyü bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru