ABŞ-da qanunsuz keçirilən məclisdə silahlı insident nəticəsində 5 nəfər yaralanıb

14-03-2021, 10:14           
ABŞ-da qanunsuz keçirilən məclisdə silahlı insident nəticəsində 5 nəfər yaralanıb
ABŞ-ın Nyu-York ştatında qanunsuz təşkil edilmiş məclisdə silahlı insident baş verib.

APA “New York Post”a istinadən xəbər verir ki, Bruklin rayonunda yerli vaxtla təxminən saat 04:00-da qeydə alınan hadisə zamanı 5 nəfər (24-49 yaş arasında dörd kişi və 23 yaşlı qadın) yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Polis əməkdaşı Maykl Kemper ziyafətdə atışmanın mübahisə səbəbindən baş verdiyi bildirib: “Atışma zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak etməyib. Silahlı insident tərəflər arasında küçədə də davam edib”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru