Azərbaycanda şok: 21 uşaq qeyri-qanuni yolla amerikalılara övladlığa verilib FOTO

10-04-2021, 17:56           
Azərbaycanda şok: 21 uşaq qeyri-qanuni yolla amerikalılara övladlığa verilib FOTO
Azərbaycanda 21 uşaq qeyri-qanuni yolla amerkalılara övladlığa verilib.
Musavat.com xəbər verir ki, "Xəzər" televiziyasında yayımlanan "Səni axtarıram" verilişində valideynlərini axtaran və amerikalıya övladlığa verilən Fidanla bağlı bəzi təfərrüatlar ortaya çıxıb.
Aparıcı bildirib ki, 90-cı illərdə 21 uşaq ABŞ-a övladlığa verilib:
"Fidan da həmin 21 uşaqdan biridir. O, iki yaşında olarkən amerikalı qadına verilib. Biz böyük axtarışa başlamışıq. Mən həmin illərdə Amerikaya övladlığa verilən 21 uşağın izinə düşmüşəm. Bu mənim üçün dəhşətdir. Fidan, təşəkkür edirəm ki, valideynlərini tapmaq üçün müraciət etdin və mənə yeni bir yol açdın. Azərbaycanda 90-cı illərdə 21 uşaq kim tərəfindən övladlığa verilib? Necə olub ki, o amerikalılar gəlib uşaqları aparıb? Bütün bunlarla bağlı böyük axtarışa başladım. Mən Fidanın ana-atasının axtarışına başlayanda dəhşətli faktın üstünü açdım".













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru