Peruda hərbi helikopter qəzaya uğrayıb, ölənlər var

18-04-2021, 04:37           
Peruda hərbi helikopter qəzaya uğrayıb, ölənlər var
Perunun cənub-şərqində hərbi helikopterin qəzaya uğraması nəticəsində azı beş nəfər ölüb, daha beş nəfər isə xəsarət alıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Silahlı Qüvvələrinin Birgə Komandanlığı məlumat yayıb.

“Bu gün narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı aparılan əməliyyat zamanı Kusko bölgəsində 12 heyət üzvünün olduğu helikopter qəzaya uğrayıb. Beş nəfər ölüb, daha beş nəfər isə xəsarət alıb”, - deyə ordunun “Twitter” səhifəsində qeyd olunub.

Daha iki hərbçinin itkin düşdüyü bildirilir. Hadisə ilə bağlı istintaq araşdırmaları aparılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.