Əfqanıstanda məscidə hücum - 8 nəfər qətlə yetirildi
18-04-2021, 14:07
Əfqanıstanın Nanqarhar bölgəsində məscidə silahlı hücum olub. Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, hadisə Nanqarhar bölgəsinin Cəlilabad şəhərində baş verib. Bildirilib ki, silahlı şəxslər məsciddə dua edən ailəyə hücum edib. Hadisə nəticəsində 8 nəfər dünyasını dəyişib.