Təyyarə qəzası olub, dörd nəfər ölüb

18-04-2021, 20:54           
Təyyarə qəzası olub, dörd nəfər ölüb
Fransanın paytaxtı Parisin şərqində yüngül mühərrikli təyyarənin düşməsi nəticəsində 4 nəfər ölüb.
Teref.az xəbər verir ki, bu barədə “Frans-Press” agentliyi yerli yanğınsöndürmə idarəsinə istinadən xəbər verib.
Təyyarənin Saint-Patu kommunasının yaxınlığındakı tarlada qəzaya düşdüyü bildirilir.
Agentliyin verdiyi məlumata görə, təyyarə təlim uçuşunda olub.
Hadisənin səbəbləri araşdırılır.

APA












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.