İnquşetiyada kriptovalyuta “haram” elan olundu

26-05-2021, 07:39           
İnquşetiyada kriptovalyuta “haram” elan olundu
İnquşetiya Ruhani İdarəsi müsəlmanların kriptovalyuta ilə əməliyyatlar həyata keçirmələrinə qarşı çıxıb və onları halal zəhmətlə pul qazanmağa çağırıb.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

“Şəriətə görə kriptovalyutalarla istənilən əməliyyatların haram olması ilə bağlı fətva var. Pullarınız batacaq. İnsanlardan xahiş edirik ki, ora girməyin, o pulları götürməyin. Asan puldan xeyir tapmaq olmaz. Pul, sərvət zəhmət lə qazanılır. Gəlin zəhmət çəkək. Belə qazanc daha çox fayda gətirir. Bütün şübhəli işlərin sonda harama gətirib çıxardığı barədə Peyğəmbərimizin (s.a.v.) hədisi var”, -deyə İnquşetiya müftisinin müavini Maqomed Xaştırov bildirib. oxuaz












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru