Nigeriyada gəminin aşması nəticəsində 150 nəfər itkin düşüb
27-05-2021, 07:13
Nigeriyada göyərtəsində 180 sərnişinin olduğu gəmi aşıb.
APA Frans Press Agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində 150 nəfər itkin düşüb
Yerli hakimiyyət orqanlarının açıqlamasında indiyədək yalnız 20 nəfərin sağ olduğu bildirilib: "Dörd nəfərin öldüyü, 156 nəfərin isə boğulduğu düşünülür. Gəminin tutumu 180 yerdən xeyli aşağı olub".