170 min rüşvət alan eks-məmur dövlət qulluğunda fərqlənməyə görə təltif edilib - AZƏRBAYCANDA
24-02-2016, 12:34
“Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirmişdilər ki, sabiq Aparat rəhbəri Səfər İmanov dəfələrlər işdə yol verdiyi nöqsanlara görə töhmət alıb. Bizim araşdırmalarımızdan sonra məlum olub ki, Səfər İmanov fəaliyyəti dövründə heç bir töhmət və xəbərdarlıq almayıb”.
Bu haqda Modern.az saytına məlumat verən vəkil Adəm Məmmədov deyib ki, əksinə, 2011-ci ildə Komitənin rəhbəri Hicran Hüseynovanın təqdimatı əsasında S.İmanov ölkə başçısı tərəfindən dövlət qulluğunda fərqlənməsinə görə təltif edilib:
“Mən hesab edirəm ki, Komitə və rəhbərlik verdiyi açıqlamalarla özlərini gülünc vəziyyətinə qoyur və ifşa edirlər.
Səfər İmanov hazırda xarici ölkələrdən birindədir. Onun atası dünyasını dəyişib. Amma yas mərasimində iştirak edə bilmir. Elə buna görə də, Hicrna Hüseynovanı ittiham edir. Müvəkkilim Eynar Kərimov Səfər İmanovla 2 dəfə telefon danışığı aparıb. Səfər İmanov ona bildirib ki, bütün günahlar Hicran Hüseynovadadır”.
S.İmanov həmçinin qeyd edib ki, yaşadığı ölkədən Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə ərizə yazacaq.
A.Məmmədov bildirib ki, S.İmanov fəaliyyəti dövründə yaradılan problemlərlə bağlı cəmiyyətə və hüquq-mühafizə orqanlarına açıqlama vermək istəyir.
Xatırladaq ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sabiq Aparat rəhbəri Səfər İmanov Qubadlı rayonundan olan müəllim Eynar Kərimovu Binəqədi rayon icra başçısının müavini postuna təyin etdircyini vd ed k, ondan 170 min dollar rüşvət alıb.
Səfər İmanov Azərbaycandan qaçaraq, xaricdə gizlənir.