19 yaşlı qız təyyarə ilə təkbaşına dünyanı dövr edəcək - FOTO

27-08-2021, 07:51           
19 yaşlı qız təyyarə ilə təkbaşına dünyanı dövr edəcək - FOTO
Böyük Britaniya əsilli Zara Rutford yüngül mühərrikli təyyarədə dünya səyahətinə çıxıb.

Bu barədə “New York Times” yazıb.

19 yaşlı qız 18 avqust 2021-ci ildə Belçikadan uçuşa başlayıb. Onun marşrutu Britaniya, İslandiya, Kanada, ABŞ, Latın Amerikası, Rusiya, Asiya ölkələri, Hindistan, Birləşmiş Ərəb Əmirlikləri və Misirdən keçəcək, sonra yenidən Avropaya qayıdacaq.

Rutfordun səyahəti noyabrın 4-də bitəcək.

“Bu uçuşla qızlara və gənc qadınlara xəyallarını gerçəkləşdirmək üçün ilham vermək istəyirəm. Aviasiya, elm, texnologiya, mühəndislik və riyaziyyat sahəsindəki gender fərqini aradan qaldırmaq istəyirəm”, - deyə o öz veb saytında yazıb.

O, uçuşu uğurla başa vura biləcəyi təqdirdə, dünyada təyyarə ilə bütün dünyanı tək başına gəzən ən gənc qadını olacaq.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru