Pakistanda partlayış baş verib, üç hərbçi həlak olub

27-08-2021, 08:05           
Pakistanda partlayış baş verib, üç hərbçi həlak olub
Pakistanın Bəlucistan əyalətində hərbi patrul maşını minaya düşüb.

Trend-in məlumatına görə, bu barədə bölgə hakimiyyətinin rəsmisi Liaqat Şahvani bildirib.

İnsident nəticəsində üç hərbçi ölüb, üçü isə yaralanıb. Partlayış təhlükəsizlik qüvvələrinin bölgədə patrul xidməti apardığı zaman baş verib.

Hadisə yerinə gələn xilasetmə qrupları, polis və təhlükəsizlik qüvvələri cəlb olunub. Yaralılar yaxınlıqdakı xəstəxanaya çatdırılıblar.

Polis ərazini mühasirəyə alıb və günahkarların tutulması üçün axtarış əməliyyatına başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru