Lənkəranda iynə vurulan uşaq dünyasını dəyişib

26-10-2021, 00:05           
Lənkəranda iynə vurulan uşaq dünyasını dəyişib
Uşağın meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.
Lənkəran rayonunun Vilvan kəndində 2012-ci il təvəllüdlü Hüseyn Kazımov inyeksiya olunduqdan sonra halı pisləşib və şok vəziyyətinə düşüb.
Teref.az APA-ya istinadən bildirir ki, uşaq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq H.Kazımov həyatını itirib. Uşağın meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.
Hadisənin hansı səbəbdən baş verdiyi ekspertizanın rəyindən sonra dəqiq bilinəcək.
Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru