Bill Qeyts 107 metrlik lüks yaxtası ilə Bodruma gəldi - FOTO

26-10-2021, 07:43           
Bill Qeyts 107 metrlik lüks yaxtası ilə Bodruma gəldi - FOTO
146 milyard dollarlıq sərvəti ilə dünyanın ən varlı dördüncü insanı olan “Microsoft” şirkətinin rəhbəri Bill Qeyts lüks yaxtası ilə Türkiyənin Bodrum şəhərinə gəlib.

“Lana” adlı yaxtası ilə əvvəlcə Aydındakı Kuşadasına gedən, İzmirdə Efes antik şəhərini gəzən milyarder, sonda istiqamətini Bodruma çevirib. Səhər saatlarında Bodruma yaxınlaşan yaxta 107 metr uzunluğunda, 16 metr enindədir. Lüks yaxta limana sığmadığı üçün kənarda lövbər salıb.

Şəhərdə cangüdənlərin mühafizəsi ilə gəzən milyarder Bodrum qalasında 2,5 saat vaxt keçirib.





Mənbə: Hürriyet












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.