Nyu Yorkda fövqəladə vəziyyət elan edildi - SƏBƏB

26-10-2021, 12:25           
Nyu Yorkda fövqəladə vəziyyət elan edildi - SƏBƏB
ABŞ-ın Nyu York ştatında fövqəladə vəziyyət rejimi elan edib.

Yenicag.az xəbər verir ki, bu barədə ştatın qubernatoru Keti Hokul bildirib.

Onun sözlərinə görə, fövqəladə vəziyyət rejimi regionda gözlənilən leysan yağışları ilə əlaqədar tətbiq edilib:

Bildirilir ki, fövqəladə vəziyyət ştatın Bronks, Brum, Çenanqo, Delaver, Qrin, Kinqs, Montqomeri, Nassau, Nyu-York, Oranj, Otseqo, Patnem, Kuins, Riçmond, Roklend, Skenektadi, Şoxari, Saffolk, Sallivan, Tioqu, Olster, Vestçester və yaxınlıqdakı rayonlarda qüvvədə olacaq.

Qeyd edilir ki, leysan yağışları ştatın bəzi hissələrində daşqınlara səbəb ola bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru