Dələduzlar şəhid polkovnikin adından səhifə açıb pul yığırlar - FOTO 27-10-2021, 07:26 Sosial şəbəkələrdə şəhid polkovnik Babək Səmidlinin adından saxta səhifə açılıb.KONKRET.az xəbər verir ki, bu barədə hərbi bloqer Tofiq Şahmuradov paylaşım edib.O bildirib ki, səhifə idarəçiləri şəhidlərə ehsan adı altında pul yığırlar:“Bununla bağlı artıq hüquq-mühafizə orqanlarına şəhidin ailəsi tərəfindən müraciət olunub”.O, vətəndaşları belə dələduzlara aldanmamağa çağırıb. Facebook-da paylaş