ABŞ-da qatar yük avtomobilini iki hissəyə bölüb

17-11-2021, 08:28           
ABŞ-da qatar yük avtomobilini iki hissəyə bölüb
ABŞ-ın Viskonsin ştatında qatarla yük avtomobili toqquşub.

Trend xəbər verir ki, ştatın Cefferson dairəsində baş verən qəza nəticəsində avtomobil iki hissəyə bölünüb. Məlumata görə, yük maşını Amazon şirkətinə məxsus olub. Sürücü Aleksandr Evans eşitmə qüsurlu olduğundan qatarın yaxınlaşan zaman səs siqnalından istifadə etdiyini eşitməyib.

Xöşbəxtlikdən o heç bir xəsarət almayıb.

Bildirilir ki, qeyd olunan ərazidə yollarının eynisəviyyəli kəsişməsində qatarın yaxınlaşdığını bildirən heç bir əlavə siqnal qurğusu yoxdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru