Rusiyada şaxtada partlayış: Onlarla xəsarət alan var

26-11-2021, 08:49           
Rusiyada şaxtada partlayış: Onlarla xəsarət alan var
Rusiyada Kemerova vilayətinin Kuzbas şəhərində “Listvyajnaya” mədənində şaxtada baş verən partlayış və tüstülənmə zamanı 41 nəfər xəsarət alıb.

Bütün zərərçəkənlər xəstəxanaya yerləşdirilib, onlardan ikisinin vəziyyəti ağırdır.

Növbədə 285 şaxtaçı olub. Artıq 210 nəfər təxliyə edilib, qalanları ilə əlaqə yaradılıb. Daha sonra Fövqəladə Hallar Nazirliyi 210 şaxtaçının təxliyyə edilməsi ilə bağlı məlumatı təsdiqləyib və qalan 75 nəfərin isə səthə qalxdığını bildirib.

Kemerovo vilayətinin prokurorluğu hadisə ilə bağlı araşdırmalara başlayıb.

Mənbə: TASS












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.