Ermənistanda kriminal avtoritetlər tutulub

28-11-2021, 00:05           
Ermənistanda kriminal avtoritetlər tutulub
Ermənistan polisi noyabrın 26-da axşam saatlarında xüsusi əməliyyat keçirib.

APA-nın “Sputnik Armenia”ya istinadla verdiyi məlumata görə, İrəvanda keçirilən əməliyyat zamanı 16 nəfər kriminal aləm üzvü tutulub.

Onların içində “Sevo” ləqəbi ilə tanınan qanuni oğru Armen Manukyan, “Boqo” ləqəbli Ruben Kostanyan, “Alo” ləqəbli Aleksandr Makaryan, “Zap” ləqəbli Andranik Soqoyan, “Artem Kanevski” ləqəbli Artem Arutyunov, “Noratustsi Aro” ləqəbli Ara Banduryan hüquq-mühafizə orqanın əməkdaşları tərəfindən ələ keçirilib.

Saxlanılan şəxslərin mənzillərində məhkəmənin qərarı ilə axtarışlar aparılıb, kəsici-deşici silahlar, gülləkeçirməz jiletlər, patronlar və s. götürülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru