Gürcüstanda mədən çökdü: torpaq altında qalanlar var

28-11-2021, 08:38           
Gürcüstanda mədən çökdü: torpaq altında qalanlar var
Gürcüstanın qərbində yerləşən Tkibuli mədənində çökmə baş verib.

Publika.az xəbər verir ki, bu barədə "Rustavi 2" telekanalı məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində iki nəfər dağıntılar altında qalıb.

"Fövqəladə Hallar Xidmətinin "112" qaynar xəttinə Tkibulidəki mədənlərin birində baş vermiş hadisə ilə bağlı məlumat daxil olub. İstehkam işləri zamanı torpaq kütləsi dağılıb, o zaman mədəndə ehtimal ki, iki nəfər olub. Məlumat daxil olandan dərhal sonra bir qrup xilasedici hadisə yerinə gəlib və şaxtanın ərazisində aktiv axtarış-xilasetmə işlərinə başlanılıb. deyə xidmətdən bildirilib.

Qeyd edilib ki, xilasedicilər bir şaxtaçını - 64 yaşlı Vitali Turdzeladzeni səthə çıxara bilib, o, klinikaya aparılıb. İkincinin axtarışları davam edir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.