Vaksin əleyhdarının ölümqabağı son sözləri: “Peyvənd vurdurmaq istərdim” - FOTO

30-11-2021, 08:04           
Vaksin əleyhdarının ölümqabağı son sözləri:
Peyvənd əleyhdarı olan britaniyalı Qlin Stil koronavirusdan yaranan fəsadlar səbəbindən ölməzdən əvvəl ona peyvənd vurulması üçün yalvarıb.

Bu barədə onun xanımı Emma Stil danışıb.

Qadının sözlərinə görə, əri peyvəndin əleyhinə olub. Səbəbi isə Qlinnin əsl heyvansevər və veqan olması idi. Belə ki, 54 yaşlı britaniyalı “Pfizer-BioNTech”, “Moderna” və “Johnson & Johnson” şirkətlərinin preparatları heyvanlar üzərində sınaqdan keçirildiyini öyrənib, bundan sonra da vaksinasiyadan imtina edib.

“Ancaq həyat dəstək sisteminə qoşulmazdan əvvəl, reanimasiyada olarkən peyvənd üçün yalvardı. Həkimlər isə çox gec olduğunu dedilər”, - deyə Emma Stil əlavə edib.

Britaniyalı qadın təcili yardım xidmətinin yükü çox olduğundan ərini təkbaşına xəstəxanaya aparmalı olduğunu və Qlinnin xəstəxanada çox əziyyət çəkdiyini deyib.

















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru