Afrikada fil safari həvəskarlarına qorxulu anlar yaşatdı - VİDEO

1-12-2021, 08:02           
Afrikada fil safari həvəskarlarına qorxulu anlar yaşatdı - VİDEO
Bir qrup turist qəzəbli filin hücumuna məruz qalıb.

Hadisə Afrikanın cənubundakı “Krugir” Milli Parkında baş verib.

Safaridə iştirak edən macəra axtaranlar fil sürüsü ilə qarşılaşıblar. Nəhəng heyvanlar yaşayış yerlərində “yadelliləri” görməkdən məmnun qalmayıb. Onlardan biri irəli atılaraq xortumu ilə safari maşınını itələməyə başlayıb.

Bu zaman insanlar arasında böyük panika yaşanıb. Fil uzaqlaşınca onlar avtomobildən qaçıblar.

Qeyd edək ki, Filin hücumu nəticəsində xəsarət alan olmayıb. Lakin safari avtomobilinə ciddi ziyan dəyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.