ABŞ-da COVID fondundan oğurladığı pulla “Lamborghini” alana 9 illik həbs verildi

1-12-2021, 09:12           
ABŞ-da COVID fondundan oğurladığı pulla “Lamborghini” alana 9 illik həbs verildi
ABŞ-ın Texas ştatında saxta sənədlərlə Covid-19 üçün verilən güzəştli krediti alaraq lüks alış-veriş edən şəxs 9 il həbs cəzasına məhkum edilib.

Ölkənin Ədliyyə Nazirliyindən verilən açıqlamada, Texasdan olan 30 yaşlı Li Praysın fırıldaqçılıq və çirkli pulların yuyulmasında günahkar bilindiyi vurğulanıb.

Linin vergi qeydlərini saxtalaşdıraraq Covid-19 fondundan 1,6 milyon dollar kredit götürdüyü və “Lamborghini Urus”, “Ford F-350” avtomobilləri və “Rolex” saatı kimi bahalı əşyalar aldığı qeyd edilib.

Ona qarşı irəli sürülən ittihamları etiraf edən Linin məhkəmədə 9 il həbs cəzası aldığı bildirilib.

Nazirlikdən bildirilib ki, Dələduzluqla Mübarizə İdarəsi tərəfindən COVID-19 yardım fondlarında fırıldaqçılıq faktı ilə bağlı 150-dən çox müttəhim barəsində 95-dən çox cinayət işi açılıb.

Bütövlükdə, indiyədək sözügedən fondlardan qeyri-qanuni yollarla 75 milyon dollardan çox nağd pul götürülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru