Taliban İrana məxsus bir neçə keçid məntəqəsini ƏLƏ KEÇİRDİ

2-12-2021, 07:12           
Taliban İrana məxsus bir neçə keçid məntəqəsini ƏLƏ KEÇİRDİ
İran sərhədçiləri ilə “Taliban” hərəkatının silahlıları arasında İran-Əfqanıstan sərhədində atışma baş verib.

Teref.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bir müddaət sonra “Etemad” qəzeti qarşılıqlı artileriya zərbələrinin və kiçik çaplı silahlardan başladılan atışmanın dayandırıldığını açıqlayıb.


Qeyd olunur ki, mövcud prosedurlara əsasən, tərəflər insidentlə bağlı təcili iclas keçirməlidir.

Əfqanıstan mətbuatının məlumatına görə, sərhəddə silahlı toqquşmalar yerli vaxtla 17:30 radələrində başlayıb.

Münaqişənin səbəbləri barədə məlumat verilməyib.

“Aamaj News” agentliyi xəbər verir ki, insident nəticəsində İrana məxsus bir neçə keçid məntəqəsi “Taliban”ın nəzarəti altına keçib.
publika












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.