Hindistanda bəbirlər azyaşlılara hücum edirlər - VİDEO

3-12-2021, 08:13           
Hindistanda bəbirlər azyaşlılara hücum edirlər - VİDEO
Hindistanın Uttar Pradeş ştatında məktəblərdən birinə vəhşi bəbir daxil olub. Sinif otağına gırən yırtıcı 10 yaşlı şagirdi yaralayıb. Vəhşi heyvan sınıf otağında qapadılıb və aidiyyəti qurumlara xəbər verilib. Yerli zooloqlar bəbirin yaxınlıqdakı meşəlikdən gəldiyini bildiriblər.

Madhya-Pradeş ştatında isə bəbir ailəyə hücum edib. Yırtıcı heyvan dişləri ilə səkkiz yaşlı oğlandan yapışaraq meşəyə tərəf qaçıb. Uşağın anası da onun arxasınca qaçıb. Təxminən bir kilometr qaçan heyvan meşədə dayanıb və caynaqları ilə uşağı yerə sıxıb. Hindistanlı qadın özünü bəbirin üstünə atıb və yalın əlləri ilə oğlunu ondan ala bilib.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru